27.05.2020
Xaqani Şirvani — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir.
Xaqani təqribən 1126-cı ildə Şamaxının Məlhəm kəndində anadan olmuşdur. Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, "Töhfətul-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətul-İraqeyn" poeması daxildir. Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır. Şamaxı MKS-in Uşaq şöbəinin fəal oxucusunun hazırladığı Xaqani Şirvaniyə həsr olunmuş videomaterialı təqdim edirik.
https://www.youtube.com/watch?v=2RjxF80kVyI