24.05.2020
Şamaxı rayon Mədəniyyət Mərkəzinin Şirvan kənd folklor klubunun əməkdaşları, Aşıq İxtiyar Qocayev və Aşıq Elməddin Qocayev Ramazan bayramı münasibəti ilə onlayn konsert proqramı ilə çıxış edəcəklər. Konsert proqramı 24 may saat 21:00 tarixində facebook sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Qeyd edək ki, konserti İsmayıllı Regional Mədəniyyət İdarəsi və Aşıq İxtiyar Qocayevin səhifələrindən izləyə bilərsiniz.