18.05.2020
Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədi ilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusuna həsr olunub. Bunula əlaqədar olaraq, Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Qazax, Şamaxı, Masallı, Quba, Cəbrayıl və Saatlı rayon Tarix-Diyarşünaslıq muzeylərinin iştirakıyla "Bərabərlik" adlı onlayn videokonfrans keçirildi. Videokonfrans zamanı "Zoom" tətbiqi proqramı ilə cəmiyyətin həssas qrup vətəndaşları üçün muzeylərdən ekskursiyalar təşkil olundu. Qonaq qismində tədbiri izləyən müəllimlər və şagirdlər öz təşəkkürlərini bildirdilər.