Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.

15.05.2020

15 May dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür. Beynəlxalq Ailə Günü ərəfəsində regionlarda nümunəvi ailələr müəyyənləşdirilir. Bu tədbirlərdə Azərbaycanın əksər rayonlarından iştirak edən 100-dən çox ailə öz xüsusi bacarığını göstərir. Ailə bayramı Şamaxı, Qax, Xaçmaz, İsmayıllı, Abşeron, Lənkəran, Şəki, Şəmkir,Quba və s. digər rayonlarda təşkil edilib.Şamaxı İncəsənət Təhsili Mərkəzinin şabirdləri bu əlamətdar günə həsr olunmuş bir neçə videoçarx hazırlamışdır. Linklərə  keçid edərək videolarla tanış ola bilərsiniz:

https://www.facebook.com/276342746341712/posts/533886867253964/

https://www.facebook.com/276342746341712/posts/533886897253961/

https://www.facebook.com/276342746341712/posts/533886927253958/