15.05.2020
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
İnformasiya texnologiyaları əsrində bütün dünyada geniş tətbiq olunan məsafəli tədrisdən istifadə edən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq incəsənət və musiqi məktəbləri fəaliyyətlərini davam etdirir. Bu məqsədilə məktəblər onlayn tədrisdən istifadə etməyə davam edirlər.