12.05.2020
Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır. 10 may Ümummilli lider Heydər Əliyevin 97-ci ildönümü münasibəti ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət məktəbinin xor müəllimi İranə Abbasova musiqisi sərdar Fərəcova sözləri Tahir Məmmədova məxsus olan "Böyük vətəndaş haqqında oda" əsərini ifa etmişdir.
Linkə keçid edərək əsəri dinləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=3_Kjj2mk2yI