10.05.2020
10 may- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Şamaxı rayon Heydər Əliyev Mərkəzi bu gün münasibəti ilə "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda videoçarx hazırlayıb.
Linkə keçid edərək videonu izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=feoKn9vrAoU