Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq şöbəsinin əməkdaşları balacalarla birgə

19.02.2018

   Uşaqların balaca yaşlarından kitaba və kitabxanaya marağını artırmaq məqsədilə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı  MKS-nin  Uşaq şöbəsinin əməkdaşları beş yaşlı balacalarla, şagirdlərlə, fiziki məhdudiyyətli  uşaqlarla  daim təmasda olur.

   Bu gün kitabxanamızın multimediya mütəxəssisi, 30 il əmək fəaliyyəti  olan, uşaqlarla ömür keçirən Şirəliyeva Məsmə müəllimin rəhbərlik etdiyi beşyaşlılar üçün hazırlıq sinfində olmuşdur.

   Balacalara yaşlarına uyğun disklər təqdim olunmuş, cizgi filmləri nümayiş etdirilmiş səsli nağıllar göstərilmişdir.

   Xüsusi fərqlənən balacalar, əməkdaşlarımızın suallarına cavab verən: Əliyeva Mədinə, Əli Bəyimxanım, İsazadə Tunar, Mikayılzadə Asiya, Şirəli Yağmur  hədiyyələrlə mükafatlandırılmışdır.