09.05.2020
İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin 16 aprel tarixində “9 may Qələbə gününün 75 –ci ildönümü” münasibəti ilə elan etdiyi “Rəsm və Əl işləri müsabiqəsi”nin yekun qiymətləndirmə mərhələsi keçirilib. Hər nominasiya üzrə müsabiqədə iştirak edən şagirdlərə birinci,ikinci,üçüncü yerlər və fərqləndiri yerlər verilib. Müsabiqədə yer tutmuş və fərqlənmiş hər bir şagird fəxri fərmanlarla təltif edilib. Həmçinin yer tutmuş şagirdlərə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsi tərəfindən qiymətli hədiyyələr nəzərdə tutulub. Fəxri fərmanların və hədiyyələrin təqdim olunması Azərbaycan dövləti tərəfindən elan olunmuş karantin müddətinin bitməsindən sonra olacaqdır.