06.05.2020
06 may 2020-ci il tarixində İsmayıllı Regional Mədəniyət İdarəsinin rəis müavini , məsləhətçi və İsmayıllı rayon mədəniyyət müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş “Heydər Əliyev və Mədəniyyətimiz” başlıqlı videokonfrans keçirilib.
Videokonfrans zamanı edilən çıxışlarda ilk öncə Heydər Əliyevin həyatı və Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərdən söz açılmış, daha sonra Azərbaycan mədəniyyəti və incəsənətinin bugünkü səviyyəyə yüksəldilməsində ümummilli lider Heydər Əliyevin danılmaz rolundan danışılıb.Dahi rəhbərin mədəniyyəti xalqın böyük sərvəti və iftixar mənbəyi hesab etməsi vurğulanıb. Qeyd edilibki, sərgilər, konsertlər, tamaşa proqramları, ədəbiyyat gecələri, kitab təqdimatları, elmi toplantılar, dünyanın müxtəlif ölkələrində yüksək səviyyədə keçirilən Azərbaycan mədəniyyət və incəsənət günləri, bütün bu tədbirlər xalqımızın, o cümlədən biz mədəniyyət və incəsənət işçilərinin ümummilli lider Heydər Əliyevə olan dərin və sonsuz məhəbbətindən güc alır.
Heydər Əliyevin əziz xatirəsi daima xalqımızın qəlbində yaşayacaqdır!