05.05.2020
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin rayonlarda yumşaldılması ilə əlaqədar İsmayıllı Regional Mədəniyyət İdarəsinin bu dövrdə fəaliyyətinin təşkili məsələlərinə həsr olunan videokonfrans keçirilib.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov, rəis müavini, rayonlar üzrə nümayəndələrin iştirakı ilə keçirilən videokonfransda regional idarənin koronavirus dövründə fəaliyyəti təhlil edilib və may ayının 5-dən sonra görüləcək işlərin əsas istiqamətləri müzakirə olunub.
Regional İdarənin rəisi əsas vəzifənin vətəndaşlara mədəni xidmətlərin göstərilməsi olduğunun vacibliyini vurğulayıb.Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş müsabiqələr haqqında müzakirələr aparılmış, daha aktiv şəkildə müsabiqələrə qoşulmağ tövsiyyə olunub.Sonda regional idarənin rəisi əməkdaşların qarşıdakı dövrdəki əmək fəaliyyətləri ilə bağlı suallarını virtual rejimdə cavablandırıb və onlara növbəti iş dövründə uğurlar arzulayıb.