05.05.2020
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində faəliyyət göstərən Şamaxı Rayon Mədəniyyət Mərkəzinin Mədrəsə qəsəbə klubunun müdiri Aşıq Rza Məmmədov Şamaxı rayonunun Quşçu kəndində üç aztəminatlı ailəni ziyarət etmiş,ərzaq yardımı göstərmişdir. Yardım aksiyasının İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələr tərəfindən təcrid günlərinin sonunadək davam etdirilməsi nəzərdə tutulur.