04.05.2020
Respublikamızda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin direktorlarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş 'Müstəqil Azərbaycanın memarı və qurucusu' adlı video seminar keçirilib. Seminarda iştirak edən Samux, Qəbələ, Qax, Kürdəmir , Şəki, Zərdab, Şabran, Sumqayıt, Ucar, Oğuz, Salyan Heydər Əliyev Mərkəzlərinin direktorları Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açmışdırlar. Çıxışlar zamanı əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafının etibarlı əllərdə olduğu vurğulanmışdır. Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaqdır!