Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xanımana Əlibəyli-100

02.05.2020

Şamaxı rayon Mərkəzi kitabxanasının Metodika və biblioqrafiya şöbəsi görkəmli şair, uşaqların sevimlisi Xanımana Əlibəylinin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar elektron metodiki vəsait hazırlamışdır. Videomaterialda Xanımana Əlibəyli haqqında geniş məlumat verilib, qeyd edilib ki,  onun ilk şeirləri1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış, "Balaca həkim" adlı birinci kitabı isə 1955-ci ildə Uşaqgəncnəşr tərəfindən çap olunmuşdur.  Xanımana Əlibəyli uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir. Xanımananın əsərləri uşaqlarda vətənə məhəbbət, insan əməyinə və istedadına ehtiram, təbiət gözəlliklərinə vurğunluq, ataya, anaya, müəllimə, ümumiyyətlə, böyüklərə hörmət, özündən kiçiklərə şəfqət, mehribanlıq, dostluqda dəyanət, kamil insan üçün yabançı olub onun şəninə, ləyaqətinə kəsir gətirən eybəcər hallara nifrət kimi çox gərəkli duyğular aşılayır, şair bütün bunları öz kiçik sevimlilərinin qavrayış tərzinə uyğun əlvan bədii təsvir və ifadə vasitələri ilə təqdim etmişdir.

Onun "Aman ovçu", "Ağ çəmən", "Ulduzların qucağında", "Bir yay səhəri", "Çoxbilmiş çəpişlər", "Məni günəşə at!", "Meşə həkimi", "Sevimli şəhid babam" və digər qiymətli poemaların müəllifi olduğu vurğulanmışdır. Şamaxı MKS-in oxucuları şairin şeirlərinidə səsləndirmişdirlər.

Linkə keçid edərək videonu izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=DOzRthYePE8