Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şirvan geyimləri haqqında videoçarx hazırlanıb.

01.05.2020

Xalq yaradıcılığının tarixi,etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə tapır. Bu baxımdan qədim tarixə malik olan Şirvan əhalisinin özünəməxsus ənənəvi geyimləri vardır.Şamaxı qadınlarına və kişilərinə məxsus olan geyimlər tipoloji cəhətdən Ümumazərbaycan səciyyəsi daşıyır.
XVII əsrdə Azərbaycan Yaxın Şərqin böyük ipəkçilik zonası, Şirvan əyaləti isə Azərbaycanın əsas ipəkçilik rayonu idi.
Şirvan geyimlərinin hazırlanmasında Şamaxıda istehsal olunmuş müxtəlif növ parçalardan xüsusi olaraq istifadə olunurdu.
Seyid Əzim Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiya zalında nümayiş olunan kişi və qadın geyimlərini buna misal göstərmək olar. Geyimlər haqqında hazırlanmış videoçarxı təqdim edirik.

Linkə keçid edərək  videonu izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=2E4JCnf2Atg