Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sultan Məcid Qənizadə-154

30.04.2020

Sultan Məcid Qənizadə - Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, müəllifi.

Sultan Məcid Qənizadə 1866-cı ilin aprel ayında Şamaxı şəhərində dünyaya gəlmişdi. Bütün  həyatını və yaradıcılığını millətinin oyanışına, tərəqqisinə, təhsilinə və işıqlı gələcəyə sahib durmasına bağlamışdı. Bakıya gələrək 1887-ci ildə "Rus-Azərbaycan məktəbi" adlı ibtidai təhsil ocağının yaradılmasına nail olmuşdur. Bu maarif işığının şöləsi tezliklə yurdumuzun bir sıra bölgələrinə də yayılmış,.Azərbaycan maarifinin yeni mərhələsi sayılan bu uğurlu  fəaliyyətin şöhrəti başqa ölkələrdə də yeni təhsil ocaqlarının yaradılmasına təkan vermişdir.1937-ci ilin repressiyaları öz qara caynaqlarını yaşının ahıl çağında Sultan Məcid Qənizadəyə də tuşladı. Ömrü boyu millətinə, xalqına, onun işıqlı gələcəyinə xidmət göstərən bir şəxsiyyəti həbs edərək "xalq düşməni" kimi güllələmişdirlər. Bu il 154 illiyi qeyd olunan dahi şəxsiyyət haqqında İsmayıllı rayon Heydər Əliyev Mərkəzi videoməlumat hazırlamışdır.

Linkə keçid edərək Sultan Məcid Qənizadənin həyat və yaradıcılığı ilə daha yaxından tanış ola bilərsiniz: 

https://www.youtube.com/watch?v=xkami9YdMMg