29.04.2020
Şamaxı rayon Heydər Əliyev Mərkəzi Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş Distant (məsafədən) "Qələbə bizimlədir" mövzusunda rəsm müsabiqəsi keçirir. Müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin dünyada zorakılığa, imperializmə, bəşəriyyət üçün təhlükələrə, kütləvi insan tələfatına səbəb olan müharibələrə qarşı etiraz, həmçinin doğma Vətənə məhəbbət, Azərbaycan tarixinə, mədəni irsinə, milli mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə oluması, istedadlı uşaq, yeniyetmə və gənclərin dəstəklənməsindən ibarətdir. Müsabiqədə iştirak etmək istəyən şəxslər çəkdikləri rəsmlərin şəkillərini 25 aprel tarixindən 05 may tarixinədək konul_eyvazova@bk.ru email ünvanına və ya Şamaxı rayon Heydər Əliyev Mərkəzinin facebook səhifəsinə göndərə bilərlər.