Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gələcək bizimdi, ətraf mühiti qoruyaq!

15.02.2018

   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayonu MKS-in Uşaq şöbəsinin məktəblilərlə  “Gələcək bizimdi ətraf mühiti qoruyaq!” adlı görüşü baş tutdu.

   Əməkdaşlarımızın  qonağı olduğu balacalar  rayon məktəbinin rus bölməsinin 4 -cü sinif şagirdləri idi.

   Şagirdlərlə rus və azərbaycan dillərində kitablar təqdim olundu. Gələcəyimiz olan  balacalarla ətraf mühitin qorunması, bəşəriyyətin qarşısında  duran qlobal istiləşməni və planetimizdə baş verən hava şəraitinin dəyişilməsi  barədə  uşaqlar anlayacaq sadə formada danışıldı. Maraqla dinlənilən mövzu barədə şagirdlərin verdiyi suallar əməkdaşlarımız tərəfindən cavablandırıldı.