28.04.2020
Şamaxı rayon Mirzə Ələkbər Sabir muzeyi Zərifə Əliyevanın anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “İnsanlara nur bəxş edən alim” mövzusunda videoçarx hazırlayıb.
Videoçarxda Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verilib. Qeyd edilib ki,Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb.Onun həyatı və fəaliyyəti ,Azərbaycan analarının, xanımlığının ümumiləşmiş simvolu kimi, dövlət xadimi yetişdirən bir valideyn, yüksək elmi nailiyyətləri olan bir alim, yüzlərlə insana həyat nuru bəxş edən bir həkim kimi xarakterizə edilmişdir.Zərifə xanımın əziz xatirəsi daim ürəklərimizdə yaşayacaqdır.
linkə keçid edərək videonu izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=F7Iizgpr2kM