Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərifə Əliyevanın anadan olmasının 97-ci ildönümünə həsr olunmuş videoçarx hazırlanıb

27.04.2020

28 aprel 2020-ci il Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümüdür.İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev Mərkəzi,Fazil Əzimov adına Uşaq İncəsənət məktəbi və Mərkəzləşdirilmiş Kitabxana sistemi birlikdə  akademik Zərifə xanım Əliyevanın  həyatından bəhs edən videoçarx hazırlamışdır.Videoçarxda Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulanıb.

Daha sonra MKS-in əməkdaşı oftalmoloq alimin zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışıb və  qeyd edib ki, Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub. Zərifə xanım Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.

Videoda Zərifə Əliyevaya həsr olunmuş şeirlər İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin dərnək üzvləri tərəfindən səsləndirilib,İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət məktəbinin müəllimləri “Ana” mahnısını ifa ediblər.

Linkə  keçid edərək videonu izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=PPS2YtTnQgw

Zərifə Xanım Əliyevanın ürəklərdə əbədi yaşayan xatirəsi xalqımız tərəfindən hər il hörmətlə anılır!