Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Çernobıl qəzasından artıq 34 il keçir.

26.04.2020

  26 aprel 1986-cı ildə Çernobil Atom Elektrik Stansiyasında qəza baş vermişdir. Bu qəza atom energetikası tarixində ən iri həcmli qəza kimi qeydə alınmışdır. Faciəvi hadisə minlərlə insanın həyatına son qoydu, bir çox xəstəliklərin yaranmasına səbəb olmuş və ətraf mühitə bərpa olunmaz zərər yetirmişdir.

    Çernobil hadisəsi bütün şəhəri xarabalığa, ətrafdakı zonaları isə yüksək radioaktiv ərazilərə çevirmişdir. Çernobil qəzası nəticəsində yaranmış radioaktiv şüalanma Xirosima və Naqasakidəki şüalanmadan qat-qat güclü olmuşdur.

Bu dəhşətli qəzadan  artıq 34 il ötür. İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin qəza haqqında hazırladığı videomaterialı təqdim edirik.

Linkə keçid edərək video ilə tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=LhJd93N5qPU