10.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mədəniyyət Mərkəzində , Təhsil Şöbəsi və Şamaxı Hazırlıq Kursunun təşkilatçılığı və Mədəniyyət Mərkəzinin yaxından köməyi ilə şagirdlərin rayonlar arası Bilik Yarışının mükafatlandırılma mərasimi keçirilmişdir. Şamaxı və ətraf rayonların məktəblilərinin iştirakı ilə baş tutan tədbirdə fərqlənən şagirdlər diplom, fəxri fərmanla və müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılıblar.