25.04.2020
Koronavirus pandemiyasının davam etdiyi bu günlərdə İsmayıllıRegional Mədəniyyət İdarəsinin tabeliyində olan muzeylərdə fəaliyyətini onlayn şəkildə tənzimləyir. Muzeyə səyahət aksiyası əsasında muzey əməkdaşları tərəfindən muzeylərdə sərgilənən eksponatlar haqqında bir birindən maraqlı video çarxlar hazırlanır. İsmayıllı Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları tərəfindən muzeydə sərgilənən Alban qadınlarının bəzək əşyaları haqqında video çarx hazırlanmışdır. Video çarxı linkə keçid edərək izləyə bilərsiniz: https://youtu.be/bNYh_B1Qmcg
Ağsu rayon Tarix Diyarşünaslıq muzeyində sərgilənən milli dəyərlərə söykənən heykəltaraşlıq nümunələri haqqında hazırlanmış video çarxı izləmək üçün linkə keçid edə bilərsiniz: https://youtu.be/EYRxtrQiU-8
Şamaxı rayon Tarix Diyarşünaslıq muzeyində Dekorativ tətbiqi sənətə aid bir çox nümunə sərgilənir.Muzeyin əməkdaşları tərəfindən bədii tikmə sənət nümunələri haqqında video material hazırlanmışdır. Videonu linkə keçid edərək izləyə bilərsiniz: https://youtu.be/hRKgiUJJ9kc