14.02.2018
Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat üçün, bilik, zəka mənbəyidir.
Ümummilli lider Heydər Əliyev
Yaşadığımız əsr İKT dövrüdür. Kompyüterlərin, elektron poçt və bloknotların, SMS-lərin, stikerlərin və digər sürətli ünsiyyət vasitələrinin populyar olduğu bir dövrdə bu vasitələr rayonumuzun gələcəyi olan uşaqları özünə cəlb edir. Məlumdur ki, inkişaf etmiş kommunkasiyalar uşaqları kitab və kitabxanalardan uzaqlaşdırır.
İsmayıllı rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşları şagirdləri kitabxanalara cəlb etmək və onların asudə vaxtlarını səmərəli keçirtməklərinə köməklik məqsədilə səyyar kitabxana təşkil etmişdir.
Bu dəfə əməkdaşlarımız İsmayıllı rayonunun ucqar, dağlıq və çox səfalı guşələrindən olan Sərdahar kəndində oldular. Sərdahar kəndinin ümumi orta məktəbində şagirdlərlə görüş keçirildi, balacaların yeni kitablarla tanışlığı və qısa həcmli əsərlərin bədii qiraəti təşkil edildi.