Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Evdə qal, evdə yarat!

24.04.2020

Məlum olduğu kimi, bütün dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası bizim ölkəmizdə də insanlar üçün çətinliklər yaradıb. Məktəblər, muzeylər, teatrlar bağlıdır, insanlara ictimai yerlərə getməmək, mümkün olduğu qədər evdə oturmaq tövsiyyə olunur.

Kreativ Azərbaycan portalı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Facebook sosial şəbəkəsi vasitəsilə “Evdə qal evdə yarat” adlı təşəbbüsü elan etmişdir.

Bu çağırışa İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan bir çox müəssisələr qoşulmuşdur.  Şamaxı rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət  göstərən Dəmirçi kənd klubuda çağırışa qoşulub.Fəxrəddin Şükürov evdə qalaraq dəmirçiliklə məşğul olur, uzun illər bu sənətlə məşğul olan Fəxrəddin Şükürov haqqında hazırlanmış video çarxı sizlərə təqdim edirik.

Linkə keçid edərək videonu izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=J7pxarM2ODg