Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nəriman Nərimanov- 150

16.04.2020

Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır.

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq İsmayıllı regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən  müəssisələr Nəriman Nərimanova həsr etdikləri tədbirləri onlayn şəkildə keçiriblər. Belə ki, İsmayıllı rayon MKS və filialları, Qəbələ rayon MKS və filialları, İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, Ağsu rayon MKS və filiallarının əməkdaşları tərəfindən yazıçının həyat və yaradıcılığından bəhs edən bir çox video materiallar hazırlanmışdır.

Həmin video materiallardan bəzilərini təqdim edirik. Linklərə keçid edərək videolar ilə tanış ola bilərsiniz:

https://www.facebook.com/276342746341712/posts/516495315659786/

https://www.facebook.com/276342746341712/posts/516448832331101/

https://www.facebook.com/276342746341712/posts/519079335401384/

https://www.facebook.com/276342746341712/posts/517897155519602/