Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxı Tarix Diyarşünaslıq muzeyinə virtual ekskursiya təşkil olunub

23.04.2020

İsmayıllı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Şamaxı Tarix Diyarşünaslıq muzeyi #evdəqal çağırışına qoşulub və koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən ciddi karantin rejiminə dəstək olaraq evdə qalan insanlar üçün muzeyin virtual ekskursiyasını təşkil edib.

Virtual eskursiyada Seyid əzim Şirvanı adına Tarix Diyarşünaslıq muzeyinin 1945-ci ildə  Ölkəşünaslıq muzeyi adı ilə yaradıldığı,ilk rəhbərinin görkəmli filoloq,alim Bilal İbrahimov olduğu vurğulanmışdır. Daha sonra muzeydə sərgilənən eksponatlar haqqında məlumat verilmişdir.

 Virtual ekskursiyaya linkə keçid edərək baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=VrLySqt1pm0&t=28s

Qeyd edək ki, videomaterial regional idarənin rəsmi youtube səhifəsi ilə yanaşı idarənin digər elektron resurslarındada  yerləşdirilir.