13.02.2018
Bu il Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Bu münasibətilə Prezident İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Bu sərəncamı əldə rəhbər tutaraq İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən hər bir mədəniyyət müəssisələrində il ərzində təşkil olunması nəzərdə tutlan silsilə tədbirlər hazırlanmışdır.
Bu gün İsmayıllı rayonu Heydər Əliyev adına Mədəniyyət Mərkəzində mədəniyyət müəssisələrinin birgə iştirakı, MKS-in təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü ilə bağlı növbəti tədbir təşkil olundu.
Tədbiri giriş sözü ilə açan MKS-in direktoru K. Baxışova Azərbaycan Xalq Cümhuriyyəti haqqında söhbət açdı.
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini A.Abbasov çıxışı zamanı bu günkü müstəqil Azərbaycan Respublikası haqqında, müstəqilliyimizi yenidən bizə bəxş edən Ulu öndər Heydər Əliyev haqqında çıxış etdi.
Veteran jurnalist V.Salehov və digər iştirakçılar da bu günkü çiçəklənən Azərbaycanımız haqqında çıxışlar etdi və MKS-in hazırlıadığı video-çarx nümayiş olundu.