18.04.2020
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır.Ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisələr bu əlamətdar günə həsr olunmuş videoçarxlar hazırlayıb.Məlumat üçün qeyd edək ki,Şamaxı rayon Seyid Əzim Şirvani adına Tarix Diyarşünaslıq muzeyi Şamaxı rayon Heydər Əliyev Mərkəzi qədim Şamaxı şəhərində yerləşən abidələr haqqında videomaterial hazırlayıb. Şamaxı MKS-in Uşaq şöbəsi Beynəlxalq abidələr gününə həsr olunmuş kiçik səhnəcik hazırlamış, azyaşlı oxuculara əlamətdar günün tarixi haqqında məlumat verib. Qəbələ Tarix Diyarşünaslıq muzeyi və İsmayıllı rayon Tarix diyarşünaslıq muzeyinin əməkdaşları da eyni zamanda bu günə həsr olunmuş videoroliklər hazırlayıb və rayonlarda yerləşən abidələr haqqında geniş məlumat veriblər.
Sözü gedən videomaterialları aşağıdakı linklərə keçid edərək izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=_imtmUh0kQs
https://www.youtube.com/watch?v=6mI-mvGV4aQ
https://www.youtube.com/watch?v=CEtdfoqZkRY
https://www.youtube.com/watch?v=T8gxilj0Sbg
https://www.youtube.com/watch?v=jg-NkXpqzAA
https://www.youtube.com/watch?v=giSaUcHSwSw