Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sənətinlə dəstəklə”

20.04.2020

19 aprel və 20 aprel tarixlərində Ağsu rayon Uşaq Musiqi məktəbinin müəllimləri Mədəniyyət Nazirliyinin sənətinlə dəstəklə kampaniyasına qoşularaq, izləyiciləri evdən salamlayıblar. Facebook tətbiqi   üzərindən İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəsmi hesabından canlı yayımlanan konsert proqramları izləyicilərin zövqünü oxşayıb. Onlayn konsertlərdən biri "Muğam saatı" başlığı altında yayımlanıb. Konsertlərdə xalq mahnıları, bəstəkar mahnıları ifa olunub. Onlayn şəkildə keçirilən konsertləri rəsmi facebook hesabından izləyə bilərsiniz:

https://www.facebook.com/ismayilliregional/