Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı Regional Mədəniyyət İdarəsində vətəndaşların onlayn qəbulu keçirilib.

19.04.2020

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün reallaşdırılan sosial izolyasiya tədbirləri və karantin rejimi ilə bağlı olaraq İsmayıllı Regional Mədəniyyət İdarəsində də iş rejimi onlayn şəkildə tənzimlənir. İsmayıllı Regional Mədəniyyət İdarəsində 18 aprel 2020-ci il tarixində əvvəlcədən elan olunmuş vətəndaşların onlayn qəbulu keçirilib. Qəbulda Regional idarənin rəisi Elnur Hüseynov əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib,suallarını cavablandırıb. Videoqəbulda regional idarənin rəis müavini, regional idarəyə tabe olan rayonlar üzrə nümayəndələr iştirak ediblər. Vətəndaşların bütün müraciətləri dinlənilib, qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Bəzi xahişlər həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması üçün müvafiq tapşırıqlar verilib. Elnur Hüseynov videoqəbulun sonunda bir daha videoqəbulun keçirilməsinin əhəmiyyətini vurğulayaraq, vətəndaşlarla birbaşa qəbullarla yanaşı, bu formada ünsiyyətin də gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd edib.