16.04.2020
16 aprel tarixində Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə xüsusi karantin rejimi dövründə nazirliyin idarələrinin fəaliyyəti ilə bağlı keçirilmiş videokonfrans zamanı regional idarə rəislərinə verilən tapşırıqların icrası ilə əlaqədar İsmayıllı Regional Mədəniyyət İdarəsində regional idarənin rəisinin, rəis müavinin və regional idarənin tabeliyində olan rayonlar üzrə nümayəndələrin iştirakı ilə onlayn müşavirə keçirilib. Müşavirə zamanı çıxış edən regional idarənin rəisi Elnur Hüseynov ölkəmizdə koronavirus (COVİD-19) infeksiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimi günlərində İsmayıllı Regional Mədəniyyət İdarəsinə tabe mədəniyyət müəssisələrinin onlayn idarə olunması ilə bağlı görülən işlər, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, mədəniyyət müəssisələri tərəfindən onlayn şəkildə həyata keçirilən tədbirlər haqqında danışıb. Elnur Hüseynov sosial şəbəkələr üzərindən fəaliyyətin daha da genişləndirilməsi, aktivliyin artırılması,elektron xidmətlərin əhatəsinin və səviyyəsinin yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.