Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Elan!

16.04.2020

İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi Faşizm üzərində qələbənin 75 illiyi ilə əlaqədar rəsm və əl işləri müsabiqəsi elan edir. Müsabiqədə iştirak etmək istəyənlər çəkdikləri rəsmlərin və ya hazırladıqları əl işlərinin, hazırlanma prosesinin video görüntüsünü və sonda hazırladıqları işi əllərində tutmuş vəziyyətdə və ya tək halda, foto şəkilini çəkərək aşağıda qeyd olunan whatsapp nömrəsinə və ya e-mail ünvanına göndərməlidirlər.

Whatsapp: 0506554950

E-mail: mayil222@mail.ru

Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə:

Müsabiqəyə təqdim olunacaq işlər 16 aprel - 5 may tarixləri arasında qəbul ediləcəkdir. Müsabiqədə hazırlanmış bütün işlər facebook və youtube şəbəkələrində paylaşılacaqdır. Hər kəsə müsabiqənin sərgilənəcəyi keçidlər göndəriləcək. Müsabiqənin qiymətləndirilməsində izlənmə sayı və münsiflərin qərarı əsas götürüləcək. Qeyd edək ki, qalib olanlar Fəxri fərman və hədiyyə ilə mükafatlandırılacaq.