Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Musiqi məktəblərinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.

13.04.2020

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə dərs prosesləri , kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. Bu səbəbdən mədəniyyət müəssisələri onlayn rejimdə fəaliyyətə başlayıb. 13 aprel tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsində növbəti videokonfrans keçirilib. Videokonfransda regional idarənin rəisi Elnur Hüseynov, rəis müavini, musiqi məktəblərinin direktorları iştirak ediblər. Konfransda musiqi məktəblərində onlayn dərs rejimi haqqında danışılmışdır. Regional idarənin rəisi hazırkı dövrdə mədəniyyət sahəsinin üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayaraq göstərilən mədəni xidmətlərin daha da inkişaf etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.