Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bütün dünya ölkələri, həmrəy olaq, sağlam qalaq!”

13.04.2020

Artıq bir neçə müddətdir yeni tipli pnevmoniya COVID-19 koronavirusu pandemiyası ilə dünya ölkələri mübarizə aparır. Dünyanın demək olar ki, bir çox ölkələrində sürətlə yayılan bu virus  bir sıra ölkələrdə xeyli sayda insan tələfatı ilə nəticələnib. Bu virus ölkəmizdən də yan keçməyib. Virusun yayılmasının qarşısını almaq məqsədi dünyanın hər yerində, dövlətlər tərəfindən izolasiya tədbirləri aparılır. İnsanlara evdə qalmağ  tövsiyyə olunur. Bütün bunları nəzərə alaraq dünya dövlətləri vahid düşmənə qarşı birgə mübarizə aparmalıdır.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev Mərkəzi yeni “Bütün dünya ölkələri, həmrəy olaq, sağlam qalaq!” adlı layihəyə  başlamışdır. Belə ki, Heydər Əliyev Mərkəzinin əməkdaşları dünyanın bir çox ölkələrindəki insanlarla əlaqə yaradaraq, onlardan həmrəylik videosu çəkməyi xahiş etmişdir. Qeyd edək ki, artıq 17 ölkə bu həmrəylik çağırışına qoşulub və video görüntü çəkərək Azərbaycanla həmrəy olduğlarını bildiriblər.Layihə davam edir. Biz bir yerdə güclüyük! Dünya bir yerdə güclüdür!