Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı Regional Mədəniyyət İdarəsində onlayn müşavirə keçirilib.

11.04.2020

9 aprel 2020-ci il tarixində   Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə keçirilmiş videoqəbul zamanı regional idarə rəislərinə verilən tapşırıqların icrası ilə əlaqədar 11 aprel tarixində  İsmayıllı Regional Mədəniyyət İdarəsində regional idarənin rəisinin iştirakı ilə rəis müavini və regional idarənin tabeliyində olan şəhər və rayon üzrə nümayəndələrin iştirakı ilə onlayn müşavirə keçirilib.

Regional idarənin rəisi Elnur Hüseynov   əvvəlcə ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb, vətəndaşlarımızın dövlət tərəfindən tətbiq edilən xüsusi qaydalara əməl etməsinin vacibliyini qeyd edib. Daha sonra bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işləri, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, videodərslərin keçirilməsi, muzeylərə virtual səyahət, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirdikləri tədbirləri yüksək qiymətləndirərək, belə tədbirlərin davamlı həyata keçirilməsini diqqətə çatdırıb.

Sonda regional idarənin rəhbərliyi qarşıda duran məsələlər  üzrə   regional idarənin tabeliyində olan şəhər və rayon üzrə nümayəndələrə öz tapşırıqlarını verib.