09.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nin Uşaq şöbəsi “məktəb və kitabxana dostluğu” adlı aksiyaya başlamışdır. Aksiyanın əsas məqsədi yeniyetmə və gəncləri kitabxanalara cəlb etməkdir.
Əməkdaşlarımız ilk olaraq İsrayıl Həsənov adına İsmayıllı şəhər 1saylı tam orta məktəbin qonağı olmuş, şagirdlərə doğma yurdumuz - İsmayıllının şair və yazıçılarının əsərlərini təbliğ etmişdir. Oxuculara əsərlər barədə geniş məlumatlar verilmiş, yeniyetmələri maraqlandıran suallar cavablandırılmışdır.
Dahilərdən biri demişdir: “Mənim vətənim kitabxana olan yerdir”. Vətənimizi və kitabxanaları sevək!