10.04.2020
Karantin rejiminin tələblərinə uyğun olaraq evdən çölə çıxmayan, lakin tənha yaşayan və köməyə ehtiyacı olan insanlara köməklik göstərilir. Belə ki, İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət məktəbinin direktoru Bəhruz Həşimov Keyvəndi kənd sakinini ziyarət etmiş,ərzaq yardımı göstərmişdir. Qəbələ Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev Qəbələ rayon sakini olan aztəminatlı ailəyə ərzaq və tibbi ləvazimat köməkliyi etmişdir.İsmayıllı rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları isə Qoşakənd və İsmayıllı rayon sakinləri aztəminatlı iki ailəyə köməklik göstərmişdirlər.İsmayıllı rayon Ağbulaq kənd klubu Ağbulaq kəndində yaşayan sosial qayğıya ehtiyacı olan ailəyə köməklik göstərmişlər. Bu aksiyanın İsmayıllı Regional Mədəniyyət İdarəsinə tabe müəssisələr tərəfindən təcrid günlərinin sonuna kimi davam etdirilməsi nəzərdə tutulur.