07.04.2020
Koronavirus(COVİD-19) pandemiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısını alınması məqsədi ilə son günlər mədəniyyət müəssisələri tədbirləri internetin geniş imkanlarından istifadə etməklə qurmağa çalışırlar.7 aprel-Ümumdünya sağlamlıq günüdür. Bununla bağlı olaraq İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı MKS-in Uşaq şöbəsi və Qəbələ MKS-in Uşaq şöbəsinin oxucuları əlamətdar günə həsr olunmuş video çarx hazırlamışdırlar. Həmçinin İsmayıllı MKS-in Uşaq şöbəsinin oxucuları isə “evdə qal” çağırışına qoşularaq “Evdə qal sağlam ol” başlığı altında müxtəlif rəsmlər çəkmişdirlər.