05.04.2020
Regional mədəniyyət idarələri tərəfindən regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışmış tənha, yaşı 65 və daha yuxarı olan sosial qayğıya ehtiyacı olan mədəniyyət işçilərinə ziyarətlər təşkil olunur, onlara əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, köməkliklər göstərilir. İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və digər mədəniyyət müəssisələrinin əməkdaşları uzun illər mədəniyyət sahəsində çalışmış Şamaxı rayon sakinləri Xəlilov Ağapaşa və Göylər kənd kitabxanasının keçmiş işçisi Şərqiyə İsrafilovanı ziyarət etmiş onlara köməklik göstərmişlər. İsmayıllı Regional Mədəniyyət İdarəsi və tabe müəssisələrin əməkdaşları yaşı 65 və daha yuxarı olan mədəniyyət sahəsində çalışmış və hazırda tənha yaşayan sakinlərlə mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlayır, səhhətləri ilə maraqlanır, ehtiyacları ilə bağlı dəstək göstərməyə çalışırlar.