04.04.2020
Koronavirus (COVID 19) infeksiyasının sürətlə yayılma təhlükəsi bütün dünyada olduğu kimi ölkəmizdə də tibbi maskalara tələbatı artırıb. Bu səbəbdən İsmayıllı rayon Kürdmaşı kənd Yaradıcılıq evində fəaliyyət göstərən tikiş dərnəyi("Nur" qadın İnkişaf qrupu) tərəfindən gün ərzində 400 ədəd maska tikilib və əhaliyə pulsuz paylanılıb.