01.04.2020
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Facebook sosial şəbəkəsi vasitəsilə elan etdiyi “Evdə qal evdə yarat” adlı təşəbbüsünə qoşularaq İsmayıllı Regional Mədəniyyət İdarəsi yaradıcılıq müsabiqəsi elan edir. Müsabiqə İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlar üzrə 01-30 aprel 2020-ci il tarixlərdə keçiriləcəkdir. Hörmətli iştirakçılar, yaratdığınız əsərləri (əl işi, rəsm əsəri, musiqi əsəri, dizayn, video, yazılı mətn, foto, yaradıcı texnologiya və s) göstərilən www.facebook.com/ismayilliregional/ ünvanına göndərə bilərsiniz. Hər bir nominasiya üzrə qaliblər müəyyənləşdiriləcək və onlara dəyərli hədiyyələr təqdim olunacaq. Təltifolunma mərasimi İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində təşkil ediləcəkdir.
Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə ad,soyad, əlaqə ünvanını qeyd etməklə videomaterialları www.facebook.com/ismayilliregional/ ünvanına göndərə bilərlər.