31.03.2020
Son günlər Respublikada fəaliyyət göstərən mədəniyyət müəssisələri Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə kütləvi tədbirlərin, görüşlərin dərs prosesinin dayandırılması ilə əlaqədar olaraq fəaliyyətlərini əsasən internetin geniş imkanlarından istifadə etməklə qurmağa çalışırlar. İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələridə eyni zamanda internet vasitəsi ilə fəaliyyətlərini davam etdirirlər. Bu gün Azərbaycan respublikasında 31 mart -Soyqırım günü kimi qeyd olunur. Bununla bağlı regional idarənin tabeliyində olan müəssisələr vətənpərvərlik, milli-mənəvi dəyərlərimizin təbliği mövzusunda qısa videomateriallar hazırlamışdırlar.