26.03.2020
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə İsmayıllı rayonunda profilaktik tədbirlər - dezinfeksiya işləri davam etdirilir. İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin və İsmayıllı MKS-in bir sıra filiallarında İsmayıllı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən dezinfeksiya işləri aparılıb. Basqal qəsəbə, Qurbanəfəndi, Ruşan, Aşıqbayramlı, Kəlbənd, Qalagah,Talıstan kənd kitabxana filialları və klublarında aparılan dezinfeksiya işləri bu sahədə ixtisaslaşmış şəxslər tərəfindən həyata keçirilib.