08.02.2018
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1 fevral 2016-cı il tarixli 22 nömrəli əmrinin icrasını təmin etmək və uşaq ədəbiyyatının təbliğ olunması məqsədilə “Kitabsevər uşaqlar” lahiyəsi fəaliyyətə başlamışdır. Uşaqların kitaba, kitabxanalara marağını daha da artırmaq üçün İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-nin Uşaq şöbəsi Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “ Rus dilli” kursunun qonağı olmuşdur. Kitabxana əməkdaşları balaca oxucularımıza səsli nağıllar nümayış etdirib yeni kitablar barədə məlumatlar vermişdir.