22.03.2020
Koronavirus (COVİD-19) yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, həmçinin sürətlə yayılmaqda olan koronavirus pandemiyasına qarşı İsmayıllı Regional Mədəniyyət İdarəsi və tabe müəssisələrdə dezinfeksiya işləri davam etdirilir. 22 mart 2020-ci il tarixində Qobustan rayon mədəniyyət müəssisələrində dezinfeksiya işləri aparılıb.Dezinfeksiya bu sahədə ixtisaslaşmış şəxslər tərəfindən həyata keçirilib.