26.02.2020
İsmayıllı rayonunda Xocalı faciəsində həlak olmuş insanların xatirəsinə həsr olunan yürüş keçirilmiş,Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində faəliyyət göstərən İsmayıllı rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci il dönümü ilə əlaqədar tədbir keçirilmişdir. Mərkəzin foyesində qurulmuş stenddə soyqırımı əks etdirən foto-şəkillərlə yanaşı Heydər Əliyev Mərkəzi və İsmayıllı Dövlət Rəsm Qalereyasının rəssamlıq dərnəyinin üzvlərinin Xocalı haqqında çəkdikləri rəsm əsərləridə nümayiş olunmuşdur.
İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı tərəfindən hazırlanan Xocalı faciəsinə həsr olunmuş “Qisas gecəsi” adlı tamaşa nümayiş olunmuşdur.