Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ XX əsrin faciəsi –Xocalı Soyqırımı”

24.02.2020

24 fevral 2020-ci il tarixində   Xocalı Soyqırımının  28-ci ildönümü ilə əlaqədar   Qobustan rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi və Qobustan  rayon Mədəniyyət  Mərkəzinin  birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində   “ XX əsrin faciəsi –Xocalı Soyqırımı” adlı ədəbi kompozisiya təşkil edilmişdir. Tədbirdə rayon gəncləri, məktəblilər iştirak etmişdirlər. Tədbir giriş sözü ilə açıldıqdan sonra  Xocalı soyqırım qurbanlarının xatirələri bir  dəqiqəlik sükutla yad edilmişdir. Tədbir zamanı edilən çıxışlarda  Xocalı faciəsinin törədildiyi gecə qoca, qadın, uşaq demədən yüzlərlə insanın qətl edilməsindən,  8 ailənin tamamilə məhv edilməsindən danışılmışdır.1277  sakinin əsir götürüldüyünü  qeyd edən çıxışçılar  tarixin hələ indiyədək şahidi olmadığı bu müsibətin insanlığını, mərhəmət hissini  itirən vəhşi ermənilər tərəfindən törədildiyini  bir  daha vurğulamışdırlar.  Ədəbi kompazisiyada məktəblilər Xocalı Soyqırımına həsr edilmiş qısa səhnəciklə çıxış etmişdirlər. Tədbirdə həmçinin şairlərimizin bu faciəyə həsr etdikləri şerlərdən  müxtəlif parçalar  səsləndirilmişdir.