22.02.2020
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində faəliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasında Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir zamanı edilən çıxışlarda təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verilmişdir. XX əsrin faciəsi olan Xocalı soyqırımını aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi tariximizdə yer almasını qeyd edən çıxışçılar bildirmişdirlər ki, bu qanlı aksiya özünün amansızlığına və qəddarlığına görə faşistlərin törətdikləri cinayətləri belə geridə buraxmışdır.Çıxışlardan sonra tədbirdə Xocalı soyqırımına həsr olunmuş kitab sərgisi və sənədli film nümayiş olunmuşdur.