21.02.2020
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində faəliyyət göstərən İsmayıllı MKS-nin Uşaq şöbəsində Xocalı faciəsinə həsr edilmiş silsilə tədbirlər keçirilməyə davam edir. 21 fevral 2020-ci il tarixində kitabxananın akt zalında İsmayıllı rayon Təhsil şöbəsinin və MKS-in Uşaq şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilərin ucadan oxu müsabiqəsi təşkil olunmuş, müsabiqədə Xocalıya həsr edilmiş şeirlər səsləndirilmişdir. Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Eyni zamanda kitabxana əməkdaşları tərəfindən Xocalı faciəsinə həsr edilmiş foto və kitab sərgisi hazırlanmış, tədbir iştirakçılarına faciə haqqında geniş məlumat verilmişdir.